1 yanvar 2011 19:07
"Azarkeşlərimiz ümidsiz olmasınlar"
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink, yeni illə əlaqədar təbrik və arzularını dilə gətirib. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis 2011-ci ildə qardaş ölkə futbolunun daha çox inkişaf edəcəyini söyləyib.
Yeni ildə futbolsevərlərdən səbr və dəstək gözləyən Hiddink 2010-un son günündə DHA-ya verdiyi açıqlamada bunları dilə gətirib: “Azarkeşlərimiz ümidsiz olmasınlar. İnanın ki, Türkiyə futbolunun uğurları üçün nə lazımdısıa, hamısını edəcəyəm. Gəncləşdirmə siyasəti yeni ildə də davam edəcək. Türkiyə futbolunda inqilab etməyə gəldim və bu fikrimdə qərarlıyam. Burada uğursuzluğa düçar olacağımı düşünsəydim, Türkiyə Futbol Federasiyasının təklifini qəbul etməzdim. Lazım gəlsə, gecə-gündüz işləyəcəm”.
Hollandiyalı çalışdırıcı son günlərdə adının bir çox klublarla, xüsusilə `Chelsea` ilə çəkilməsinə də münasibət bildirib: “Bu yaşdan sonra bir klubda baş məşqçi kimi çalışmaq istəmədəyimi dəfələrlə söyləmişəm. Mənim yeganə düşüncəm Türkiyədir”.
