2 yanvar 2011 12:56
Bundesliqada baş məşqçi istefası
Almaniya Bundesliqası təmsilçilərindən `Hoffenheim` baş məşqçisi Ralf Ranqniklə yollarını ayırmaq məcburiyyətində qalıb. Azerisport.az “Bild”ə istinadən xəbər verir ki, baş məşqçinin klubla 2012-ci ilə qədər müqaviləsinin olmasına baxmayaraq, prezident Ditmar Hopp ilə danışıqlardan sonra, qarşılıqlı razılıq əsasında yollarını ayırmalı olub.
Təcrübəli məşqçinin hələ ötən ildən klub prezidenti ilə fikir ayrılığının olduğunu bildirən nəşrin məlumatına görə, ayrılığa ən son səbəb `Hoffenheim`lı oyunçu Luis Qustavonun satılması olub. Baş məşqçinin buna qarşı çıxmasına rəğmən Hoppun əks qərar qəbul etməsi və aparıcı oyunçunun Münhen `Bayern`inə satılmasına icazə verməsi hər şeyin sonu olub.
