2 yanvar 2011 01:04
Qadın futbolçularımız da təqvim qəhrəmanı olacaq
Futbol üzrə qadınlardan ibarət Azərbaycan yığması (U-17) güman ki, 2012-ci il təqviminin qəhrəmanı olacaq. Azerisport.az xəbər verir ki, təqvim 2012-ci ildə Azərbaycanda keçiriləcək qızlar arasında futbol üzrə dünya birinciliyinə həsr olunacaq.
Qeyd edək ki, bir neçə gün öncə AFFA tərəfindən futbol üzrə əsas yığmamızın üzvləri 2011-ci il üçün tərtib olunan təqvimin qəhrəmanı olmuşdu.
