2 yanvar 2011 01:22

Yerlilərlə əcnəbilər arasında fərq yoxdu

Cari mövsümün gedişində Premyer Liqa klublarında bir sıra baş məşqçi istefalarının şahidi olsaq da, 6 yerli, eyni sayda da əcnəbi baş məşqçi ilə yola çıxan elita təmsilçilərimizdəki bu göstərici yenə olduğu kimi qalmaqdadı. Azerisport.az xəbər verir ki, Premyer Liqada 2010/2011 mövsümündə qış fasiləsinə kimi 14 baş məşqçi fəaliyyət göstərib.
 
19 tur içində, 12 komandadan cəmi 2-də baş məşqçi dəyişikliyinə əl atılarkən, digər 10 komanda qış fasiləsinə qədərki dövrü mövsümə başladıqları mütəxəssislərlə tamamladılar. İstefaya göndərilən 2 baş məşqçidən də biri yerli, digəri isə yerli olub. Maraqlıdı ki, onları da fərqli ölkələrin təmsilçiləri əvəzləyib. Yəni yerli mütəxəssisin yerinə gətirilən əcnəbi olubsa, legioner mütəxəssisi də yerli çalışdırıcı əvəzləyib.
 
Bu mövsüm Premyer Liqada iz qoyan hələ ki, 7 yerli baş məşqçi olub. Onlardan 5-i mövsümün əvvəlindən çalışır. Mövsümün əvvəlindən işə başlayanlardan yalnız Sakit Alıyev 7-ci turdan sonra istefa vermək məcburiyyətində qaldı. Daha bir yerli baş məşqçi isə `Muğan`ın çalışdırıcısı Bəhmən Həsənovdu ki, o da 14-cü turdan etibarən fəaliyyətdədi. Maraq üçün onu da əlavə edək ki, Alıyevin istefasından sonra `Turan` 2 tur baş məşqçisiz qaldı ki, o dövrdə də Tovuz klubunu köməkçi məşqçilər - Nizami Ocaqverdiyevlə Elxan Abdıyev oyuna çıxarıb.
 
Elə eyni sayda da (7) əcnəbi baş məşqçinin işiylə tanış olmuşuq ki, onlardan da 5-i mövsümün əvvəlindən çalışır. Mövsümün əvvəlindən işə başlayanlardan yalnız Almir Hurtiç qış fasiləsinə kimi postunda qala bilmədi və 13-cü turda `Muğan`la yollarını ayırdı. Revaz Dzodzuaşvili isə 10-cu turdan `Turan`ın sükanı arxasına keçmişdi. Düzdü, artıq qış fasiləsi start götürən kimi, onunla da yollar ayrılıb və Tovuz klubunun baş məşqçisi Naci Şensoy olacaq.
 
Neftçi: Arif Əsədov (19)
Xəzər Lənkəran: Mirça Rednik (19)
AZAL: Nazim Süleymanov (19)
İnter: Kaxaber Sxadadze (19)
Qarabağ: Qurban Qurbanov (19)
Qəbələ: Toni Adams (19)
Bakı: Vinfrid Şefer (19)
Gəncə: Fuad İsmayılov (19)
Muğan: Almir Hurtiç (13), Bəhmən Həsənov (6)
Turan: Sakit Alıyev (7), Revaz Dzodzuaşvili (10) (komandanı digər iki oyuna 1 dəfə Nizami Ocaqverdiyev, 1 dəfə isə Elxan Abdıyev çıxarıb)
Simurq: Qyoko Haciyevski (19)
MOİK: Ramil Əliyev (19)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.