2 yanvar 2011 14:01
Ukrayna - yığmamızla oyunun favoriti
Futbol üzrə 19 yaşlılardan ibarət yığmamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə qarşılaşacağı ilk oyunun – Ukrayna ilə görüşün autsayderidi. Azerisport.az xəbər verir ki, ukraynalıların qələbəsi 1.80 əmsalıyla göstərildiyi halda, yığmamızın qələbə əmsalı xeyli fərqlidi - 3.00. Bu komandaların heç-heçəsinə pul qoyanlar isə əmanətlərini 2,30 dəfə artıra biləcəklər.
Qeyd edək ki, qrup mərhələsində Belarus və Çinlə də qarşılaşmalı olan yığmamızın ilk rəqibiylə oyunu sabah Bakı vaxtı ilə 13:00-da başlayacaq. Sayca 23-cü olan bu beynəlxalq turnir Rusiyada təşkil olunub.
