2 yanvar 2011 14:22

Zaur Məmmədov: Bu, elə də real görünmür

`Simurq` futbol klubunun prezidenti Zaur Məmmədovun azerisport.az saytına müsahibəsi.
 
- Ötən ili necə qiymətləndirərdiz?
- Əgər mövsümün ilk hissəsini qiymətləndirsək, mən bunu uşaqların özünə də söyləmişəm ki, qarşıya qoyulan vəzifə yerinə yetirilməyib. Bu komanda hələlik bəslənilən ümidləri doğrultmur. Ancaq belə hesab edirik ki, bu, ilk tanışlıq idi və nəticələr yaxşılaşacaq.
 
- Yeri gəlmişkən, sizin əsas rəqiblərinizdən `Turan` Naci Şensoyun timsalında yeni məşqçiylə gücləndi
- Mən Qyoko Haciyevskidən razıyam və onu dəyişməyə hazırlaşmıram. O, öz işinin öhdəsindən gəlir. Amma biz də güclənməyə çalışırıq.
 
- `Turan` söz verir ki, Latın Amerikasından yaxşı futbolçular gətirəcək...
- Siz inanırsız ki, ordan Tovuza futbol oynamağa yaxşı futbolçular gələcək? Bu, elə də real görünmür. Biz müəyyənləşmiş bir kurs götürmüşük və onu axıra kimi davam etdirmək istəyirik. Artıq komandada 6-7 gənc və perspektivli futbolçumuz var. Onların hamısı getdikcə daha da komanda üçün daha vacib oyunçulara çevriləcəklər.
 
- Yeri gəlmişkən, komandanı neçə futbolçu tərk edəcək?
- Baş məşqçimiz mənə siyahı verib və orda kimləri istəmədiyini, kimləri istədiyini göstərib. Özü isə yanvarın 10-da qayıdacaq. Mən hadisələri qabaqlamaq istəmirəm və onun yolunu gözləyirəm. Hansı ki, bu işlərin hamısı birbaşa onun sərəncamındadı. Qoy kimləri istəyir, dəvət etsin, kimləri istəmir, uzaqlaşdırsın.
 
- Bəs Haciyevskinin uzaqlaşdırmaq istədiyi futbolçuların sayı çoxdu?
- 6-7 oyunçudu. Elə bir o qədərini də yəqin ki, görürəcəyik. Yenə də yerli futbolçular almağa çalışacağıq. Legionerlər olmayacaq. Sadəcə komandaya 2-3 təcrübəli futbolçu gətirməyə çalışacağıq.
 
- Düşünürsüz ki, təcrübəli oyunçular sizə kömək edəcək?
- Əgər siz komandanın oyununu izləmisinizsə, yəqin ki, diqqət yetirmisiz: bizim hazırkı vəziyyətimizə səbəb olan əsas amil yalnız öz səhvlərimiz ucbatından itirdiyimiz xallardı. Bu da ilk növbədə təcrübəsizlikdən qaynaqlanır. Axı komandamız tamamilə gənc futbolçulardan qurulub.
 
- Komandanın qış hazırlıq planları məlumdu?
- Yanvarın 10-da yığışacağıq. Ondan sonra hər şey müəyyənləşəcək. Gürcüstana getmək fikrimiz var. Amma hələ bəzi şeyləri tam dəqiqləşdirməliyik.
 
- Premyer Liqanın demək olar ki, bütün klubları Türkiyəyə yollanır. `Simurq` niyə Gürcüstana gedir?
- Bilirsiniz ki, biz həmişə orda hazırlaşmışıq. Bizim orda əlaqələrimiz, hətta şəxsi nümayəndəmiz var. Komandamıza orda daha rahatdı, həm də şərtlər yaxşıdı. Buna görə də indiki `Simurq` üçün Gürcüstan heç də pis variant deyil.
 
- Sizcə, komandanız elitada qala biləcək?
- Şanslarımız pis deyil. Buna kifayət qədər vaxtımız da olacaq. Qışdan sonra bizim nəticələrimiz mütləq yaxşılaşmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.