2 yanvar 2011 20:33
Macarıstan yığmamızla oyuna əsas heyətlə çıxacaq
Futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Sandor Eqervari komandasının Dubayda keçirəcəyi Azərbaycanla yoxlama oyunu üçün planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərində komandamızla qarşılaşmağa razılıq verən macarların çalışdırıcısı bu haqda yerli mətbuata danışarkən aşağıdakı fikirləri dilə gətirib:
“Azərbaycanla yoxlama oyunu AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində mart ayında keçirəcəyimiz Hollandiyaya qarşı matça hazırlıq üçün son şansımız olacaq. Şübhəsiz ki, bizim eksperimentlər üçün elə də çox imkanımız olmayacaq. Biz Dubaya ən yaxşı heyətimizlə yollanacağıq. Danışırlar ki, rəqib reytinqinə görə geri qalır, amma mən çətin oyun gözləyirəm. Sizin diqqətinizə yalnız onu çatdırmaq istəyirəm ki, Azərbaycan öz meydanında Türkiyə üzərində qələbə qazanıb”.
