3 yanvar 2011 13:22
Yığmamızın üzvü Almaniya klubunda
Serbiyanın `Mladost` klubunda forma geyən və bu yaxınlarda Azərbaycan yığmasına çağırılan Murad Hüseynov karyerasını Almaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Murad sözügedən ölkənin Düsseldorf şəhərini təmsil edən `Fortuna` klubuna baxışa yollanıb. Qeyd edək ki, əslən dağıstanlı olan millimizin yeni üzvünün baxışa yollandığl klub Almaniya çempionatının 2-ci divizionunda çıxış edir.
