3 yanvar 2011 14:30
Klublarımızın qol anı: 76-90
Azərbaycan Premyer Liqasında azarkeşlər cari mövsümün gedişində indiyə qədər 234 qol izləyə bilib. Azerisport.az xəbər verir ki, 114 oyuna vurulan bu toplar orta hesabla hər qarşılaşma üçün 2,3 qol deməkdi.
Qolların nisbətinə gəlincə, meydan sahibləri 131, qonaqlar isə 103 dəfə fərqləniblər. 234 qoldan 97-si fasiləyə qədər, 7-si isə ikinci yarıda qeydə alınıb. Bütövlükdə çempionatımızda vurulan qollar dəqiqələr üzrə belədi: 1-15 - 31, 16-30 - 31, 31-45 - 34, 46-60 - 32, 61-75 - 47, 76-90 - 59.
Evdə ən çox (16) qol vuran 2 klub var. Bunlar `Neftçi` və AZAL-dı. `Simurq` və MOİK isə azarkeşləri qarşısında ən az qol vuran kollektivlərdi. Səfərdə isə ən çox (20) qol vuran bir komanda var ki, bu da qış çempionu `Neftçi`di. MOİK isə rəqib meydanında ən az - 2 dəfə fərqlənə bilməsiylə seçilir. “Hərbçilər” topların fərqinə görə də ən pis nəticə (-34) göstərərkən, `Neftçi` bu mənada öyünə bilər (+27).
Cari mövsüm cəmi 3 avtoqol qeydə alınıb. Bu avtoqollardan ikisinə eyni komanda – `Bakı` üzülüb. Paytaxt klubunun `İnter`lə görüşündə Stefan Barbikoni, MOİK-lə dueldə isə digər müdafiəçi Dare Nibombe topu öz qapısına göndərib. Daha bir avtoqol isə “zolaqlılar”ı sevindirib. Həmin avtoqolun müəllifi olan Denis Silva isə `Neftçi`dəki komanda yoldaşlarını üzüb.
Premyer Liqamızın 19 turu ərzində dubla imza atan 23 futbolçu olub. Het-trikə isə sadəcə 1 oyunçu imza ata bilib. O da Premyer Liqamızın bombardiyi Bahodir Nasimovun aktivindədi. `Neftçi`nin özbəkistanlı hücumçusu 3-cü turun `Simurq`la ev oyununda bu uğura imza ata bilmişdi ki, hələlik onun göstəricisini təkrarlaya bilən ikinci futbolçu olmayıb.
Cari mövsüm vurulan bütün qolların müəllifləri:
Neftçi (36): Bahodir Nasimov – 15 (1 pen.), Emil Mpenza – 5, Rəşad Abdullayev – 5, Flavinyo - 4 (1 pen.), Fərid Quliyev - 1, Cavid Hüseynov – 1, Denis Silva - 1, Cavid İmamverdiyev - 1, Araz Abdullayev - 1, Ruslan Abışov – 1, İqor Mitreski – 1.
Bakı (26): Jaba – 5 (1 pen.), Stefan Barbikoni - 3, Vaqif Cavadov - 3, Leonardo Roşa – 3, Ernad Skuliç – 3, Fabio Luis Ramim – 1, Dare Nibombe – 1, Vyaçeslav Sofroni – 1, Junior Osvaldo - 1, Adnan Barakat - 1, Joel Epalle - 1, Saşa Kaykut – 1, Emin Cəfərquliyev – 1.
(1 qol `Neftçi`nin müdafiəçisi Denis Silvanın avtoqolu sayəsində gerçəkləşib)
AZAL (26): Qvidas Yuska – 9 (1 pen.), Zohair Benouahi – 5, Vüsal Qarayev – 3, Viktor İbekoyi - 3, Mirko Bunyevçeviç - 1, Draqan Mandiç – 1, Usim Nduka – 1, Nuqzar Kvirtiya – 1, Pius İkdeiya – 1, Robert Petrov – 1.
Gəncə (23): Junivan Suares – 9, Sabir Allahquliyev – 5, Samir Zərgərov – 4, Ceyhun Sultanov – 2 (2 pen.), İbrahim Hüseynov – 1, Armand Feutçine – 1, Şahin Kərimov – 1.
XL (23): Uinston Parks – 5, Alim Qurbanov – 4, Elvin Beqiri - 4, Dieqo Ruis – 2, Allan Lalin - 2, Katalin Doman – 2, Elnur Allahverdiyev - 1, Dieqo Souza - 1, Konstantin Arbanas – 1, Stelian Stanku – 1.
Qarabağ (21): Rauf Əliyev - 7, Georgi Adamiya - 6, Rəşad Sadiqov – 4, Emin İmaməliyev – 2, Aftandil Hacıyev – 1, Vüqar Nadirov – 1.
Qəbələ (19): Deon Barton – 7 (3 pen.), Saşa Yunisoğlu – 2, Branimir Subaşiç – 2, Arif İsayev – 2, Terri Kuk - 1, Lyuba Baranin – 1, Kristian Torres - 1, Bruno da Silva -1, Nodar Məmmədov – 1, Milan Antiç – 1.
İnter (17): Robertas Poşkus - 3, Mario Souza – 3 (1 pen.), Petar Zlatinov – 2, Dmitri Kruqlov - 1, Aleksandr Çertoqanov – 1, Rövşən Əmiraslanov – 1, Girts Karlsons – 1 (pen.), Danildo Assioli – 1, Filip Despotovski – 1, David Odikadze - 1, Bronislav Çervenka – 1.
(1 qollarına `Bakı`nın müdafiəçisi Stefan Barbikoni avtoqolla imza atıb)
Turan (14): Muammer Erdoğdu – 4, Georgi Modebadze - 2, Viktor Qonta - 2, Peter Kolavole – 1, Şalva Pirtsxalava – 1 (pen.), Rəşad Orucov – 1, Georgi Çediya -1, Vurğun Hüseynov – 1 (pen.), Fərmayıl Əliyev – 1.
Simurq (12): Baçana Sxadadze – 5 (1 pen.), Samir Əliyev – 3, Mikayıl Rəhimov - 2, Yasin Abbasov – 1, Tofiq Mikayılov – 1.
Muğan (11): Anxel Qutyerres - 3, Ekrem Hodziç - 2, Elşən Məmmədov – 2, Dan Pisla - 1, Tural Axundov – 1, Reys Klaudiney – 1, Miloş Zeçeviç – 1 (pen.).
MOİK (6): Anar Qasımov -2, Nuran Qurbanov – 2 (1 pen.), Orxan Babayev – 1.
(1 qol `Bakı`yla oyunda Dare Nibombenin avtoqolu sayəsində gerçəkləşib)
