3 yanvar 2011 14:41
Türkiyə millisinin üzvü Almaniyanın ən yaxşısı seçildi
Almaniya Bundesliqasında oynayan futbolçular, Dortmund `Borussia`sında forma geyən Türkiyə millisinin üzvü Nuri Şahini cari mövsümün ilk dövrəsinin ən yaxşı oyunçusu seçiblər. Azerisport.az xəbər verir ki, `Kikker` nəşri tərəfindən hazırlanan və çempionatda çıxış edən 18 komandadan 286 oyunçunun iştirak etdiyi sorğuya qatılanların 32,6 faizi məhz qardaş ölkədən olan oyunçunu fərqləndiriblər.
Nuri Şahinin komanda yoldaşı Şinji Kaqava 17,5 faiz göstərici ilə ikinci olarkən, `Bayern`də forma geyən Almaniya millisinin üzvü Bastian Şvaynştayger 11,2 faiz göstərici ilə üçüncü olub.
Qeyd edək ki, həm Şvaynştaygerin formasını geydiyi Almaniya, həm də Nuri Şahinin çıxış etdiyi Türkiyə millisi yığma komandamızın AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindəndi.
