3 yanvar 2011 02:06
Yığmamız Sankt-Peterburqa tam heyətlə yollana bilmədi (FOTOLAR)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Lakin azerisport.az xəbər verir ki, komandamız səfərə heç də tam heyətlə yollana bilməyib.
Belə ki, qapıçı Orxan Sadıqlı texniki problemlərə görə Sankt-Peterburqa aparılmayıb. Yığmamız artıq dünən gecə Sankt-Peterburqda ilk məşqinə də çıxıb. Həmin məşqdən hazırlanan fotoreportajı diqqətinizə çatdırırıq.
