3 yanvar 2011 15:16
Azərbaycan yığması Belçikada dəstəksiz qalmayacaq
Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 2010-cu ildə keçirəcəyi ilk rəsmi oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, komandamız martın 29-da səfərdə qarşılaşacağı Belçika ilə görüşdə azarkeş dəstəyi hiss edə biləcək.
Çünki artıq indidən həmyerlilərimiz komandamıza həmin görüşdə dəstək verməyə hazırlaşırlar. Söhbət təkcə Belçikada yaşayan həmyerlilərimizdən getmir. Məsələ burasındadı ki, qonşu Fransada yaşayan azərbaycanlılar da millimizi tək qoymamağı planlaşdırır. Həmin gün Paris və Lill şəhərlərində yaşayan təxminən 60 azərbaycanlı Belçikaya gedəcək.
