3 yanvar 2011 15:39

Zaur Ramazanov: Mənim səhvlərimi təkrarlamayın

`Xəzər Lənkəran`ın və milli komandamızın sabiq hücumçusu Zaur Ramazanov azerisport.az saytının suallarını cavablandırıb.
 
- İndi nə işlə məşğulsuz, Zaur?
- Oyunçu karyeramı başa vurandan sonra heç bir işlə məşğul deyiləm. Əsas diqqətimi ailəmə, yaxınlarıma yönəltmişəm. Sonuncu dəfə futbola stadiondan `Xəzər Lənkəran` `Qarabağ`la oynayanda baxmışam. Qarışıq hisslər keçirirəm, hələ də düşünürəm ki, oynaya bilərəm. Oyuna baxıb artıq futbolla qurtardığını düşünmək çox çətindi.
 
- Ancaq hər halda məşqçi olmaq imkanınız var...
- Hazırda mən belə şey planlaşdırmıram. Məşqçi olmaq çətindi. Bu, çox böyük dözümlülük tələb edir. Məşqçilərin əksəriyyəti böyük əsəb keçirirlər. Mənsə belə şeyləri sevmirəm. Ona görə də, hansısa klubda işləməyi düşünürəm. Məsələn, klubların birində özümə başqa iş tapa bilərəm, fərqli bir vəzifə.
 
- Öz karyeranızı yada salarkən, daha çox nəyi arzulayırsız?
- Ən çox təəssüfləndiyim şey o vaxt Azərbaycanı vaxtında tərk etməməyimdi. Axı mənə Zaqreb `Dinamo`sundan, `Bursaspor`dan, Rusiya klublarından təkliflər var idi. Ona görə hamını xəbərdar etmək istəyirəm: mənim səhvlərimi təkrarlamayın, ölkədən kənara çıxın. Əgər belə bir imkan varsa.
 
- Azərbaycan Premyer Liqasında sizcə, ən xoş təsir bağışlayan komanda hansıdı?
- `Qarabağ` digərlərindən yaxşı oyun sərgiləyir. Ümumiyyətlə, onların daha çox yerli futbolçulara üstünlük verməsi mənim xoşuma gəlir. Əksəriyyət isə legionerləri gətirirlər, onlara çoxlu pul xərcləyirlər, halbuki heç də baxımlı oyun sərgiləyə bilmirlər. Mən bütün klublardan xahiş edərdim ki, yerli futbolçulara üstünlük versinlər. Ancaq təəssüf ki, əksər oyunçularımız ehtiyatda qalır. Bu, çox pisdi.
 
- Bəs legionerlərdən kim sizin daha çox ürəyinizcədi?
- Fikrimcə, çempionatımızda 8-9 belə oyunçu tapmaq olar. Məsələn, AZAL-da Benuahi, `İnter`də Çertoqanov, `Qarabağ`da Teli, Adamiya. Futbolçuyla müqavilə bağlayana kimi onunla yüz dəfə maraqlanmaq lazımdı. `Bakı`ya baxın, bu qədər legioneri var, nəticə yoxdu. Hər futbolçu ancaq özünü düşünür.
 
- Çoxları belə düşünür ki, AZAL mövsümün sürprizidi...
- AZAL-ın çox bəxti gətirir. Fortuna onlarla birgə olur həmişə. Həm də futbolçuları həmişə ürəkdən oynayırlar.
 
- Siz Rəşad Sadıqovun ilin futbolçusu seçilməsiylə razısınız?
- Belə oyunçular yenə var. Mən Mahir Şükürovu qeyd edə bilərəm ki, həm yığmada, həm də `Anji`də əla oyun sərgilədi. Ən yaxşı məşqçi isə şübhəsiz ki, Qurban Qurbanovdu, hansı ki, `Qarabağ`la yeni tarix açıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.