3 yanvar 2011 18:38
Millimizin Ukrayna ilə duelində kimlər top qovub?
Xəbər verdiyimiz kimi, bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Sankt-Peterburq şəhərindəki İdman Konsert Kompleksində keçirilən oyunda yığmamızın rəqibi Ukrayna komandası olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 31-ci dəqiqədə Yevgeni Baxaşvili açıb. 6 dəqiqə sonra Nurlan Novruzov cavab qolunu vurub.
Azərbaycan U-19 – Ukrayna U-19 - 1:1 (1:1)
Qollar: Nurlan Novruzov, 36 - Yevgeni Baxaşvili, 31.
Baş hakim: Dmitri Vesyolov
Baş hakimin köməkçiləri: İvan Abrosimov, Aleksandr Radionov
Dördüncü hakim: Sergey İvanov (Hakimlər briqadası Rusiyadandır)
3 yanvar 2011-ci il. Sankt-Peterburq, İdman Konsert Kompleksi
Azərbaycan: 1. Rəşad Əzizov, 17. Aleksandr Qross (Emin İbrahimov, 76), 5. Kərim Diniyev, 3. Azər Abbasov, 6. Ruslan Tağızadə (k), 9. Elşən Abdullayev (19. Məqsəd İsayev, 89), 7. Nurlan Novruzov, 14. Ruslan Cəfərov (20. Mehdi Rəsulov, 82), 8. Akif Tağıyev (4. Tural Hümbətov, 71), 18. Fuad Bayramov, 11. Rizvan Umarov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Slavik Alxasov, 15. Elçin Hüseynov.
Baş məşqçi: Vəli Qasımov.
Ukrayna: 12. Yevgeni Volanets, 2. İlya Qluşitski, 3. Denis Balan, 5. Anton Bratkov (k), 7. Boris Taşşi (6. Nikita Polulyax, 75), 8. Sergey Vakulenko (20. Boris Orlovski, 67), 9. Yevgeni Baxaşvili (17. Vladislav Kulay, 17), 10. İvan Lukanyuk (14. Dmitri Oleynik, 60), 11. Aleksandr Yermaçenko, 13. Vitali Buyalski, 15. Badri Akubardiya.
Ehtiyat oyunçular: 1. Aleksandr Tkaçenko, 16. Rudolf Suxolminov.
Baş məşqçi: Oleq Kuznetsov.
