3 yanvar 2011 18:42
Rəqibimizin baş məşqçisi: Nəticə oyuna görə oldu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnir çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında keçirilən oyundan (1:1) sonra Ukrayna yığmasının baş məşqçisi Oleq Kuznetsov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı bunları söyləyib:
“Nəticə oyuna görə oldu. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə etsə də, bundan maksimum yararlana bilmədi. Bu yaş qrupunda qısa müddət ərzində yüksək səviyyəli komanda hazırlamaq çətindir. Xüsusilə, yaxşı qapıçı tapmaq asan deyil. Çünki bu yaşda futbolçular adətən oyun praktikasının azlığından əziyyət çəkirlər”.
