3 yanvar 2011 18:52

`Mersin İdman Yurdu` İlqar Qurbanovla yollarını ayırdı

Türkiyənin Bank Asiya birinci liqasında çıxış edən `Mersin İdman Yurdu` klubu 6 futbolçuyla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Nurullah Sağlamın rəhbərliyə təqdim etdiyi siyahıda millimizin keçmiş üzvü İlqar Qurbanovun da adı var.
 
Belə ki, gəldiyi gündən bəri daha çox millimizin sabiq müdafiəçisi Ernani Pereyraya şans verib, İlqarı ehtiyatda saxlayan Sağlam, dövrələrarası fasilə dövründə onu komandadan uzaqlaşdırmağa qərar verib. Nəticədə rəhbərlik Mehmet Budak, Musa Kuş, Sertaç, Birol və Bujorla yanaşı, Qurbanova da özü üçün yeni klub tapmaq tapşırığı verib. Nurullah Sağlam bu oyunçularla daha çalışmayacaqlarını dilə gətirərək, ilk dövrədəki çıxışlarına görə, onların hər birinə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Yüksel Yeşilovanın dövründə daha çox Ernani ehtiyatda qalıb, İlqar oynasa da, Sağlamın gəlişindən sonra hər şey dəyişdi. Nəticədə əsas heyətə düşə bilməməsinə görə baş məşqçiylə mübahisə də edən İlqar görünür məhz həmin hərəkətinə görə komandadan uzaqlaşdırılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.