3 yanvar 2011 20:27

Qurban Qurbanov: Elvin Məmmədov fikirləşmək üçün vaxt istəyib

Ağdamın `Qarabağ` futbol klubu qış transfer dövründə əcnəbilərlə güclənəcək. Azerisport.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
 
Onun sözlərinə görə, yerli futbolçu transferi səviyyəli oyunçuların hazırda öz klubları ilə müqavilələrinin olması səbəbindən baş tutmayacaq. Qurbanov legionerlərin hansı mövqelərə transfer ediləcəklərini açıqlamayıb: “Yanvarın 9-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacağıq. 27 günlük hazırlıq prosesi çərçivəsində bir neçə oyunçunu sınaqdan keçirəcəyik. Münasib legioner tapsaq, müqavilə bağlayacağıq. 2-3 futbolçu ilə güclənmək niyyətindəyik. Amma hansı mövqelərə uyğun oyunçu alacağımızı indidən deyə bilmərəm”.
 
38 yaşlı mütəxəssis mövsümün sonunadək müqaviləsi olan Elvin Məmmədova yeni sövdələşmə təklif edildiyini də bildirib. Qurbanovun sözlərinə görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi düşünmək üçün vaxt istəyib: “Elvin Antalyada bizimlə olacaq. Həmin vaxt futbolçumuzla yenidən danışacağıq. Məmmədov klub rəhbərliyinin təklifini qəbul etsə, yeni müqavilə bağlayacaq. Əks halda, onunla mövsümün sonunadək anlaşmamız qüvvədə olacaq”.
 
Baş məşqçi Elvin Məmmədovla problemlərinin yarandığı haqda xəbərləri də təkzib edib. Onun fikrincə, indiyədək gənc yarımmüdafiəçi ilə münasibətləri qaydasında olub.
Qeyd edək ki, `Qarabağ` klubu bu yaxınlarda 5 futbolçusu – Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qara Qarayev və Ansi Aqolli ilə müqavilə müddətini uzadıb. Heyətindəki oyunçuların əksəriyyəti yerlilərdən ibarət olan “Qarabağ”da cəmi 5 legioner - Admir Teli, Ansi Aqolli (hər ikisi Albaniya), Georgi Adamiya (Gürcüstan), Andrey Rubins (Latviya), Devran Ayhan (Türkiyə) var. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.