3 yanvar 2011 11:54
Kassano `Milan`da debüt etdi
Dövrələrarası hazırlıqlarını Qətərdə həyata keçirən İtaliya çempionatının lideri Milan, yerli klublardan `Al-Ahly` ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandanın yeni transferi Kassanonun da forma geydiyi mücadiləni milanlılar 2:1 qazanmağı bacarıb.
`Milan`a qələbə gətirən qolları 38-ci dəqiqədə Zeedorf və 72-ci dəqiqəcə Beretta vurduğu halda, Kassano ilk oyununda fərqlənə bilməyib. `Al-Ahly`nin qoluna isə 85-ci dəqiqədə Hassan imza atıb.
