3 yanvar 2011 14:58
Millimiz Ukraynayla oyunda 1 xalla kifayətləndi (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçulardan arasında təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirdə Azərbaycanın U-19 millisi də təmsil olunur.
Elə turnirin açılış oyununda məhz komandamız meydana çıxıb. Belarus və Çinlə də eyni qrupda yer alan Vəli Qasımovun yetirmələri ilk matçda Ukrayna yığmasıyla münasibətlərinə aydınlıq gətirib. Görüşdə hesabı rəqibimiz açsa da, sonradan futbolçularımız bərabərlik qolunu vurmağı bacarıb və beləcə ilk oyunda heç-heçə ediblər. Bu gün qrupumuzun digər oyununda Çin Belarusla münasibətlərinə aydınlıq gətirəcək.
Beynəlxalq turnir
Azərbaycan - Ukrayna - 1:1 (1:1)
Qollar: Yevgeni Baxaşvili, 31 (0:1). Nurlan Novruzov, 36 (1:1).
