3 yanvar 2011 12:47
Amit Quluzadə `Fener`in düşərgəsində
`Neftçi`nin və Azərbaycan yığma komandasının gənc futbolçusu Amit Quluzadə Türkiyəyə yola düşüb. Azerisport.az xəbər verir ki, İstanbul Atatürk Hava Limanında yığmamızın üzvünü `Fenerbahçe` klubunun nümayəndələri qarşılayıb.
Bir müddət əvvəl zədələnən gənc futbolçu klubun bazasında yerləşdirilib. Bərpa prosesini keçən Amit Quluzadə sözügedən klubun həkimlərinin müsbət rəyindən sonra komandanın məşqlərinə qatıla bilər.
Qeyd edək ki, `Fenerbahçe` klubu yanvarın 2-dən etibarən təlim-məşq toplanışına start verib.
