4 yanvar 2011 12:53
Kaka yenidən yaşıl meydanlara döndü
Madrid `Real`ının ulduz futbolçusu Kaka uzun fasilədən sonra nəhayət ki, yaşıl meydanlara qayıdıb. Azerisport.az xəbər verir ki, xeyli vaxt idi zədə səbəbindən komandasına kömək edə bilməyən təcrübəli futbolçu nəhayət dünən `Real`ın `Getafe` ilə səfər matçında forma geymək şansı qazanıb.
Baş məşqçi Joze Mourinyo ona matçın 76-cı dəqiqəsində forma geymək şansı qazandırıb. Kərim Benzemanın yerinə oyuna daxil olan 28 yaşlı futbolçu komandasının `Getafe` üzərindəki 3:2 hesablı çətin qələbədə pay sahiblərindən olub.
Mourinyo oyundan sonra aparıcı futbolçularından olan Kakanın dönüşünə belə reaksiya verib: “Açığı, Kaka hələ tam hazır deyil. Amma dönüşünün həm `Real`, həm İspaniya çempionatı, həm də dünya futbolu üçün mükəmməl bir xəbər olduğunu düşünürəm. Super bir oyunçu olsa da, bunu hələ İspaniya çempionatında tam şəkildə göstərə bilməyib. Bu gün 15 dəqiqə oynadı. Qarşıdakı Kral Kubokunda `Levante` ilə görüşdə də o qədər oynayacaq durumdadı. Yavaş-yavaş yaxşılaşacaq”.
