4 yanvar 2011 01:05
`Dinamo`nu maliyyə böhranından XL çıxaracaq
`Xəzər Lənkəran` Buxarest `Dinamo`sunu maliyyə böhranından çıxarmağa hazırlaşır. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, cənub klubunun baş məşqçisi çətin durumda olan bu komandanın bir neçə futbolçusunu Lənkərana gətirməklə, həm də həmyerlilərinə yardımçı olmağa çalışır.
Rumıniyalı mütəxəssisin sözügedən komandada gözaltı etdiyi futbolçuların adları da məlumdu. Bunlar Adrian Kristea, Selestin Ndoye və İonel Dançuleskudu. Onların ümumi dəyəri isə 1 000 000 avro qiymətləndirilir.
