4 yanvar 2011 13:12
XL 2 futbolçu üçün 800 min avrosundan keçməyə hazırdı
`Xəzər Lənkəran` Buxarest `Rapid`inin iki futbolçusu üçün 800 000 avrosundan keçməyə hazırdı. Azerisport.az xəbər verir ki, həmin oyunçular Rumıniya klubunun şərəfini qoruyan Çesinya və Dino Georgedi.
Rumıniya mətbuatının yazdığına görə, artıq Belçikadakı istirahətini başa vuran cənub təmsilçisinin çalışdırıcısı vətəninə yola düşüb. Onun ölkəsinə məhz gündəmdə olan transfer məsələlərini yoluna qoymaq üçün getdiyi iddia olunur.
