4 yanvar 2011 13:33
Avropa Ramiz Məmmədovun `Atırau`ya keçidindən danışır
`Qəbələ`nin keçmiş baş məşqçisi Ramiz Məmmədovun Qazaxıstanın `Atırau` klubunun yeni baş məşqçisi təyin edilməsinə UEFA-nın rəsmi saytı da biganə qalmayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi orqanında həmyerlimizin yeni klubuyla 1+1 sistemi ilə müqavilə bağlaması qeyd olunub.
Yazıda qeyd olunur ki, `Atırau` artıq ikinci ildi ki, əcnəbi mütəxəssislə yola çıxır. Komanda 2010-cu ilə vaxtilə `Xəzər Lənkəran`da çalışmış Viktor Pasulkoyla başlasa da, çempionatı yerli mütəxəssislərdən Kayrat Aymanovla başa vurmalı olmuşdu. Bu məşqçi klubla yoluna davam etmək istəsə də, rəhbərlik bunu istəməyib və əvəzində Məmmədov variantına üstünlük verilib.
Yazıda Məmmədovun məhz saytımıza verdiyi müsahibədən bəzi sitatlara da yer verilib. Sonda isə `Atırau`nun Avropa Liqasında çox da böyük olmayan təcrübəsindən və son uğurlarından söhbət açılıb.
