4 yanvar 2011 13:41
`İnter`in rəqibi üçün daha bir itki
Aleksandr Novak Kişinyovun `Zimbru` klubunun yeni idman direktoru təyin olunub. Azerisport.az xəbər verir ki, o, analoji vəzifəni bunadək `İskra-Stal` klubunda həyata keçirirdi.
Təsadüfi deyil ki, bu klubun son 5 il ərzindəki bütün fəaliyyəti məhz Novakın adıyla bağlıdı. Lakin onun `Zimbru`ya keçidi `İskra-Stal`ı çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, `İskra-Stal` Azərbaycan çempionu `İnter`in “Birlik kuboku”ndakı rəqiblərindən biridi.
