4 yanvar 2011 14:04
“Həmin futbolçulara gələcəkdə də güvənmək istərdik”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov Ukrayna ilə dünənki qarşılaşmadan sonra komandamızın seleksiyaçılarına təşəkkürünü bildirib. Azerisport.az xəbər verir ki, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsindəki görüşdən sonra Berti Foqtsun əsas millidəki köməkçilərindən olan Qasımov bunları dilə gətirib:
“Ukrayna yığması bizim üçün o qədər də tanış rəqib deyildi. Ona görə də ehtiyatlı olmağa, səliqəli və diqqətli oynamağa çalışırdıq. Oyunçularımıza belə çıxışlarına görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin təşəkkürdən seleksiyaçılarımıza da xüsusi pay düşür. Onlar burda, Sankt-Peterburqda bizim üçün əsas heyətin 4 futbolçusunu tapdılar. Biz həmin futbolçulara gələcəkdə də güvənmək istərdik”.
