4 yanvar 2011 15:14
Qazaxıstanda Ramiz Məmmədovla bağlı qalmaqalı yada saldılar
Qazaxıstanın `Atırau` klubunun həmyerlimiz Ramiz Məmmədovla yanaşı, baş məşqçi postuna gətirmək üçün daha iki namizədi var imiş. Azerisport.az sözügedən ölkənin sports.kz saytına istinadən xəbər verir ki, bu postu tutmağa olimpiya çempionu Yevgeni Yarovenko, həmçinin adı açıqlanmayan türkiyəli bir mütəxəssis namizəd imiş. Lakin klub rəhbərliyi sonda məhz Məmmədova üstünlük verib.
Yazıda həmyerlimizin ötən il `Qəbələ`də üzləşdiyi xoşagəlməz hadisə də yada salınıb. Həmkarlarımız onun bəzi yetirmələrinin klubdan həvəsləndirici parasını ala bilməməsi haqda iddia irəli sürdüklərini xatırlayıblar.
Sonda qazax həmkarlarımız Məmmədovun komandadakı yeni köməkçilərinin də Azərbaycandan olacağını vurğulayıblar. Qeyd edək ki, artıq bu gecə `Atırau` klubu Türkiyəyə ilk təlim-məşq toplanışına yollanıb.
