4 yanvar 2011 15:44
AZAL öz stadionunda hazırlaşacaq
AZAL öz hazırlıq planlarını tam şəkildə müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 8-də Bakıda start verəcəyi hazırlıqlarını ayın 16-na kimi davam etdirəcək.
İki günlük fasilənin ardından isə Nazim Süleymanovun yetirmələri Türkiyəyə yollanacaqlar. Fevralın əvvəlinə kimi orda hazırlıq keçəcək “təyyarəçilər” ardından öz doğma arenalarına qayıdacaqlar. Hansı ki, Şüvəlanda tikilib və paytaxt klubu bundan sonrakı ev oyunlarını məhz həmin arenada keçirməyi planlaşdırır. Lakin arena tam şəkildə may hazır olacağından, cari mövsüm hələlik yalnız kubok oyunları bu doğma stadionda baş tutacaq.
