4 yanvar 2011 16:49
`Ajax` özünə nəhayət ki, baş məşqçi tapdı
Martin Yolun istefasından sonra başsız qalan Hollandiyanın `Ajax` klubu nəhayət ki, yeni baş məşqçisinin kimliyini açıqlayıb. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən klubu Frank de Bur çalışdıracaq.
Qeyd edək ki, hələ Martin Yolun dövründən köməkçi məşqçi kimi fəaliyyət göstərdiyindən, onun gedişindən sonra da baş məşqçi funksiyasını məhz Frank de Bur yerinə yetirirdi. Məhz sabiq baş məşqçinin yoxluğunu hiss etdirməməsi, Burun komandanın sükanı arxasında qalmasıyla nəticələnib. Klub rəhbərliyi Frankla 2014-cü ilə kimi müqavilə bağlayıb.
Qeyd edək ki, 2010-cu ilin dünya çempionatında Hollandiya yığmasının baş məşqçisi Bert van Marveykin də köməkçisi olmuş 40 yaşlı De Bur, ilk dəfə baş məşqçi təyin olunsa da, artıq müəyyən təcrübə sahibi olduğu şübhəsizdi. `Ajax`a gəlincə, bu komanda Hollandiya çempionatında lider PSV `Eindhoven`in 6 xal gerisində qalmaq şərtilə, 4-cü pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vurduğundan, mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb.
