4 yanvar 2011 19:34
Norbert Mayer: Onu bizə Berti Foqts məsləhət görüb (FOTO)
Millimizin yeni üzvlərindən olan Murad Hüseynov baxışa yollandığı Almaniyanın `Fortuna` klubunun düşərgəsində ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, onun yeni komandası hazırlıqlarını İspaniyada davam etdirir. Məşqdən sonra “qırmızı-ağlar”ın baş məşqçisi Norbert Mayer komandasının potensial yeni oyunçusu haqda fikirlərini aşıqlayıb:
“Onu bizə Berti Foqts təklif edib. Birinci məşqdə aşkar görünürdü ki, gənc oğlan hələ hara gəldiyini dərk etməyib. Bu, onun üçün elə də asan deyildi. Mən hətta ona adi şeyləri başa salmalı olurdum”.
Qeyd edək ki, millimizin yeni dağıstanlı üzvü olan Muradın 21 yaşı var və Serbiyanın `Mladost` klubunun üzvüdü. Lakin çox güman ki, o, Düsseldorf `Fortuna`sına keçəcək. Hüseynovun dekabr ayında Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak etdiyini də vurğulayaq.
