4 yanvar 2011 19:50
`Atırau` azarkeşləri Ramiz Məmmədova inanmırlar
Qazaxıstanın `Atırau` klubunun azarkeşləri həmyerlimiz Ramiz Məmmədovun baş məşqçi təyin olunmasından heç də razı qalmayıblar. Azerisport.az xəbər verir ki, onlar `Qəbələ`nin keçmiş baş məşqçisinin bu komandada uğur qazanacağına inanmırlar.
Hər halda Qazaxıstanın internet saytlarının istifadəçilərinin rəyləri belə deməyə əsas verir. Əksər azarkeşlər belə hesab edir ki, Məmmədov komandaya arzulanan uğurları qazandıra bilməyəcək.
