4 yanvar 2011 00:01
FİFA penaltilər seriyasını ləğv edir
FİFA prezidenti Yozef Blatter qalibi əsas vaxtda müəyyən edilməyən matçlarda istifadə edilən penaltilər seriyasını ədalətli üsul hesab etmir. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri məhz bu səbəbdən penaltilər seriyasına əvəzləyici bir variant tapmağa çalışdıqlarını açıqlayıb.
Dünya və qitə çempionatları, eləcə də Çempionlar və Avropa Liqasında penaltilər seriyasında həlledici zərbələri qola çevirə bilməyən futbolçuların ciddi tənqidə məruz qaldığını qeyd edən Blatter bu üsulun dəyişdirilməsini istəyir. O, bildirib ki, FİFA-nın idarə heyətinin üzvləri də bu işdə ona kömək edəcək.
