4 yanvar 2011 00:06
Rəhman Hacıyevin `Altay`a gedişi yenə baş tutmadı
Yayda böyük ümidlərlə Türkiyənin Bank Asiya birinci liqa təmsilçisi `Altay`a transfer olunan `Bakı`nın üzvü Rəhman Hacıyev sənədlərində yaranan problemlər səbəbindən geri qayıtmalı olmuşdu. Azerisport.az xəbər verir ki, həmin dövrdə həmyerlimizin qışda İzmir klubunun düşərgəsinə dönəcəyi iddia olunsa da, həmin proqnozlar özünü doğrultmadı.
Məsələ burasındadı ki, gənc futbolçu zədələndiyindən, paytaxt klubunda oyun praktikasını da artıra bilmədi. Əksinə bu yaxınlarda diz qapağındakı problemlərə görə əməliyyat olunan Rəhmanın belə vəziyyətdə `Altay`a gedib, orda möhkəmlənməsi heç də inandırıcı görünmür.
