4 yanvar 2011 11:56

“Hələ mənə yeni müqavilə təklif olunmayıb”

Azərbaycan yığma komandasının və `Qarabağ` futbol klubunun hücumçusu Vüqar Nadirov azerisport.az saytının suallarını cavablayıb.
 
- Siz məhz dovşan ilində anadan olmusunuz. 2011-ci ildən nə gözləyirsiz, bu faktora önəm verirsizmi?
- Açığı mən belə şeylərə o qədər də diqqət yetirmirəm. Ancaq əgər belə alınıbsa, onda il ola bilsin ki, bizim üçün uğurlu keçsin. Bəzi arzular var ki, həyata keçməsini istəyirəm. Mənim bütün arzularım `Qarabağ`la bağlıdı, odu ki, bütün gücümüzlə bu komandanın mənafeyi üçün oynayacağıq.

- Konkret nəyin reallaşmasını istərdiniz?
- İstəyirəm ki, `Qarabağ` çempion olsun. Heç olmasa, ən azı Avropa Liqasına düşək. Həmçinin ilin yekunlarına görə ən yaxşı oyunçu seçilməyimi də istərdim. Öz üzərimdə işləməli olacam ki, bunu haqq edim.
 
- 2010-cu ili özün və komandan üçün necə qiymətləndirirsən?
- Fikrimcə, normal oynadıq. Özümə gəlincə, sabit oyun sərgiləyə bilmədim. `Qarabağ` isə Avropa Liqasında əla oyun sərgiləsə də, çempionatda xeyli sayda səhvlərimiz, xal itkilərimiz oldu. Ölkə kubokundan kənarda qaldıq. Bir sözlə işimiz çox çətindi və qarşıdakı 3 turda 9 xal toplamağa məcburuq.
 
- Mətbuat konfranslarının birində baş məşqçi Qurban Qurbanov bildirmişdi ki, sizdən daha çox şey gözləyir...
- Deməli, mənə mütləq öz üzərimdə işləmək lazımdı. Mən Qurbanovun fikirlərinə hörmətlə yanaşıram, o, çox yaxşı məşqçidi. Məndə sabitlik çatışmır, bununla razıyam.
 
- Elvin Məmmədovun komandadan mümkün gedişi haqda nə düşünürsüz?
- Elvin hələlik komandadan getməyib. Ancaq düşünürəm ki, o, elə `Qarabağ`da qalacaq. Biz hamımız birgə böyük bir ailəyik.
 
- Sizin müqavilənizin vaxtı da yayda başa çatır.
- Mən bunu gizlətmirəm ki, `Qarabağ`da qalmaq istəyirəm. Ancaq hələ mənə yeni müqavilə təklif olunmayıb.
 
- Ölkə xaricinə getməyi düşünmürsüz?
- Bu haqda düşünmürəm. Hələlik təklif yoxdu. Əgər olsa, fikirləşərəm. Əlbəttə, mən də istərdim ki, özümü başqa çempionatda sınayım. Əgər elə bir normal klubdan təklif alsam, legioner həyatı yaşamağı da istərdim.
 
- `Qarabağ`ın hazırkı heyəti zəif deyil?
- Deməzdim. Sadəcə ehtiyat oyunçular skamyası elə də geniş deyil. Bizdə çoxlu zədəli, itki oldu. Elə təkcə Əfran İsmayılovun zədəsi hər şeyə dəyərdi. Onunla yanaşı daha bir neçə futbolçumuz zədələndiyindən komandaya kömək edə bilmirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.