4 yanvar 2011 00:11

`Neftçi`nin 2:0, `Xəzər Lənkəran`ın 1:0 sevgisi

Premyer Liqanın cari mövsümündə baş tutan 114 oyundan cəmi 17-də böyükhesablı qələbə qeydə alınıb. Azerisport.az xəbər verir ki, digər qarşılaşmaların hamısında tərəflər ya demək olar ki, bərabər səviyyəli oyun sərgiləyib.
 
Hazırda qış fasiləsində olan çempionatımızın geridə qalan 19 turu ərzində `Neftçi` 5, `Gəncə` 3, `Qarabağ`, `Qəbələ` və `İnter` 2, AZAL, `Bakı` və `Xəzər Lənkəran` hərəyə 1 böyükhesablı qələbə qazanıb. Belə ağır hesablarla uduzan klublara gəlincə, MOİK-in 6, `Gəncə`nin 3, `Simurq`, `Muğan` və `Turan`ın 2, `Xəzər Lənkəran` və `İnter`in hesabında isə 1 böyükhesablı məğlubiyyət var.
 
114 oyundan yalnız 8-də əzmkar qələbə qeydə alınıb. İndiyə qədər `Bakı` 3, `Gəncə`, `Turan`, `İnter`, `Muğan` və `Qarabağ` isə 1 dəfə hesabda geri düşsə də, sonda 3 xala sevinən tərəf olub. Qələbə qazandığı halda, son xalsız qalan komandalara gəlincə, Gəncə daha çox - 2 dəfə belə aqibətlə üzləşib. `Qəbələ`, `Simurq`, `Xəzər Lənkəran`, MOİK, `Bakı` və AZAL isə 1 dəfə qələbəni əldən verməsi azmış kimi, xalsız qalmasına üzülüb.
 
Premyer Liqada 19 tur ərzində 13 hesab variantı qeydə alınıb. Ən çox qeydə alınan hesab variantı 1 qollu qələbələrdi. Bu hesab variantı bütün klublarımızın oyunlarında qeydə alınıb. 2 cavabsız qolla qazanılan qələbələr də əksəriyyət təşkil edir. Amma həm 2:0, həm 1:1, həm də 0:0 variantları sadəcə 11 klubun görüşündə qeydə alınıb.
 
Bütün hesab variantları isə aşağıdakılardı:
 
1:0 – 33 dəfə: (İnter – 10 belə hesablı oyunun iştirakçısı olub, XL - 7, Qarabağ – 7, Qəbələ - 6, Simurq – 6, Muğan – 6, AZAL – 4, Neftçi –  4, Bakı – 4, Gəncə - 4, Turan – 4, MOİK - 4)
 
2:0 – 19: (Neftçi – 5, XL – 4, MOİK – 4, Muğan – 4, Qarabağ – 4, Bakı – 4, Qəbələ - 3, Simurq – 3, AZAL – 3, Turan – 3, İnter – 1)
 
1:1 – 15: (Gəncə - 6, Simurq – 4, AZAL – 3, Turan – 3, Muğan – 3, Bakı – 3, Neftçi – 2, XL – 2, İnter – 2, Qarabağ – 1, MOİK – 1)
 
0:0 –  12: (Qəbələ - 5, AZAL – 3, Muğan – 3, XL - 2, İnter – 2, Neftçi – 2, Qarabağ – 2, Gəncə - 2, Turan – 1, Simurq – 1, MOİK – 1)
 
2:1 –  9: (Bakı – 3, Turan – 3, Qəbələ - 2, AZAL – 2, Simurq – 2, Qarabağ – 2, XL – 2, Gəncə - 1, İnter - 1)
 
3:0 – 8: (MOİK – 3, İnter – 2, Turan – 2, Muğan – 2, Qarabağ – 2, Gəncə - 2, Neftçi – 1, Qəbələ - 1, XL – 1)
 
4:0 – 5: (Neftçi – 3, Simurq – 2, MOİK – 2, Bakı – 1, Qəbələ - 1, Gəncə - 1)
 
2:2 – 3: (Turan – 2, Simurq – 1, Neftçi – 1, AZAL – 1, Qəbələ - 1)
 
3:1 – 3: (Bakı – 2, Turan – 1, Gəncə - 1, Muğan – 1, AZAL - 1)
 
3:2 – 3: (Bakı – 1, AZAL – 1, MOİK – 1, Muğan – 1, Qarabağ – 1, Gəncə - 1)
 
5:0 – 2: (Gəncə - 1, MOİK – 1, AZAL – 1, İnter – 1)
 
4:1 – 1: (Gəncə - 1, XL - 1)
 
6:2 – 1: (Neftçi – 1, Gəncə - 1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.