4 yanvar 2011 00:28
Qazaxlar Ramiz Məmmədovu Ramiz Məmmədovla səhv saldılar
Qazaxıstanın aparıcı idman saytlarından olan sports.kz `Atırau`nun yeni baş məşqçisi olan həmyerlimiz Ramiz Məmmədovu təqdim edərkən, kobud səhvə yol veriblər. Azerisport.az xəbər verir ki, qazax həmkarlarımız onu Rusiya yığmasının sabiq üzvü, Moskva `Spartak`ıyla çempion adını qazanan Ramiz Məmmədov kimi təqdim edib. Haıbuki, `Qəbələ`nin sabiq baş məşqçisi olan həmyerlimiz Azərbaycan yığmasınını şərəfini qoruyub.
