5 yanvar 2011 12:54
Millimizin Danimarkayla oyunu baş tutmadı
Azərbaycan milli komandasının yanvar – fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Danimarka millisi ilə yoldaşlıq oyunu baş tutmayacaq. Azerisport.az xəbər verir ki, bu görüşun keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilməsi barədə məlumat verilsə də, AFFA bu gün fərqli informasiya yayıb.
Məlumatda bildirilir ki, Danimarka yığmasının təlim-məşq toplanışının proqramında dəyişiklik edildiyindən yoldaşlıq oyunu baş tutmayacaq.
