5 yanvar 2011 13:16
AZAL üçün daha bir Ukrayna klubu
Xəbər verdiyimiz kimi, AZAL Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Azerisport.az-ın xəbərinə görə, paytaxt klubunun rəqiblərindən ikisi Ukrayna klubları `Zarya` və `Obolon` olacağı bildirilirdi.
Artıq paytaxt klubu üçün daha bir rəqib müəyyənləşib. Bu, yenə də Ukraynanı təmsil edən `Volın`dı. Sözügedən qarşılaşma yanvarın 24-də keçiriləcək.
