5 yanvar 2011 13:45
`Neftçi` Braziliya yığmasının qapıçısıyla gücləndi
Azərbaycanın `Neftçi` İSM futzal klubu Braziliya yığmasının keçmiş qapıçısını heyətinə qatıb. Azerisport.az xəbər verir ki, vaxtilə sambaçılarla birgə dünya çempionu adını qazanan Rojerio bundan sonra Azərbaycan çempionatında çıxış edəcək.
O, bu transferi ilə bağlı “Gazeta Esportiva”ya açıqlamasında bunları dilə gətirib: “Mən çox şadam ki, `Neftçi`yə keçdim. Burda mən may ayına kimi qalacam, sonrasına isə baxacağıq. Çempionatın səviyyəsi elə də pis deyil. Amma Braziliya çempionatı ilə eyniləşdirmək olmaz”.
