5 yanvar 2011 14:12
Ramiz Məmmədov ata ilə oğulu qovuşdurur
Qazaxıstan `Atırau`sunun yeni baş məşqçisi Ramiz Məmmədov komandasında ata ilə oğulu qovuşdura bilər. Azerisport.az xəbər verir ki, komandanın Türkiyədə davam edən hazırkı təlim-məşq toplanışına cəlb olunan futbolçular arasında yer alan Qazaxıstan yığmasının üzvü Yeqor Azovski azərbaycanlı məşqçinin komandasına keçməyə çox yaxındı.
Azovski Məmmədovun ilk transferi olarsa, bu həm də digər əlamətdar hadisə kimi yadda qalacaq. Çünki `Kaysar`dan ayrılan 26 yaşlı müdafiəçinin atası İvan Azovski də `Atırau`nun məşqçilər korpusunda çalışır. Məmmədovun köməkçilərindən olan məşqçinin oğlu ilə bir klubda çalışmasının baş tutub-tutmamasına isə həmyerlimiz qərar verəcək.
