5 yanvar 2011 14:37
Makedonlar Azərbaycana qibtə edir?
Makedoniya futbolunun son illərdəki durumu bu ölkədən olan idman jurnalistlərini də ciddi narahat edir. Azerisport.az xəbər verir ki, macedonianfootball.net saytından olan həmkarlarımız bu haqda düşüncələrini dilə gətirərkən, hətta Azərbaycana da əsəd apardıqlarını gizlətməyiblər:
“Problem təkcə onda deyil ki, Makedoniya futbolu gündən-günə geri gedir. Əsas problem ondan ibarətdi ki, bizdən fərqli bütün dünya inkişaf edir. Hətta Azərbaycan, Qazaxıstan və Albaniyada da futbola böyük pullar xərclənir”.
