5 yanvar 2011 14:48
FİFA millimiz üçün reytinq tarixlərini açıqladı
FİFA hər ay açıqladığı dünya yığmalarının reytinq cədvəlinin bu il üçün tarixlərini elan edib. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu 2011-ci ildə reytinq siyahısını 12 yanvar, 2 fevral, 9 mart, 13 aprel, 18 may, 29 iyun, 27 iyul, 24 avqust, 21 sentyabr, 19 oktyabr, 23 noyabr və 21 dekabr tarixlərində açıqlayacaq. Azərbaycan yığmasının azarkeşləri də dünya sıralamasındakı mövqeyimizdən məhz həmin günlərdə xəbər tuta biləcək.
