5 yanvar 2011 14:51
Çesinya və Qriqore `Xəzər Lənkəran`da icarə əsasında çıxış edəcək?
Buxarest `Rapid`inin iki futbolçusu `Xəzər Lənkəran`ın düşərgəsinə baxışa gələcək. Azerisport.az xəbər verir ki, hər iki futbolçunun taleyinə komandamızın Türkiyədəki təlim-məşq toplanışı dövründə aydınlıq gəlmiş olacaq.
Lakin maraqlıdır ki, Rumıniya mətbuatı artıq Çesinya ilə Qriqorenin `Xəzər Lənkəran`a keçidini həll olunmuş hesab edir. Həmkarlarımızın yazdığına görə, artıq cənub klubunun baş məşqçisi Mirça Rednik hər iki oyunçunun icarə əsasında komandasına keçidinə nail olub. Razılığa görə, onlar “ağ-yaşıllar”ın heyətində 6 ay müddətində icarə əsasında çıxış edəcək.
