5 yanvar 2011 02:38

Vəli Qasımov: Təəssüf ki, bizim çempionat elə də güclü deyil

Hazırda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir çərçivəsində U-19-la birgə Sankt-Peterburqda olan komandamızın baş məşqçisi Vəli Qasımov rusiyalı həmkarlarımıza geniş müsahibə verib. Azerisport.az xəbər verir ki, əsas millidə Berti Foqtsun köməkçisi vəzifəsində də çalışan həmyerlimiz bir sıra maraqlı açıqlamalar verib.
 
Öncə məşqçilik fəaliyyətinə başlamasından danışan Vəli Qasımov bu haqda belə danışıb: “Mən məşqçiliyə hələ İspaniyada, `Sevilya`da olarkən başlamışdım. B məşqçilik kateqoriyasını isə Portuqaliyada yaşayarkən almışdım. İlk olaraq 12 yaşlı uşaqlarla çalışırdım. Sonaradan 18 yaşlılarla da işlədim. Oyunçu karyeramı bitirəndən sonra uzun müddət bərpa olunmağıma vaxt ayırdım. Ardından isə məşqçilər korpusunda çalışmağa qərar verdim. Yığmanın baş məşqçisi Berti Foqts özü məni köməkçi postuna çağırdı. Onun əsas köməkçisi olsa da, daha bir köməkçi istəyirdi ki, məhz yerli olsun. Buna görə də mən İspaniyadan Azərbaycana dönməyə qərar verdim. Baxmayaraq ki, buna qədər `Neftçi`də də idman direktoru vəzifəsində təxminən 1 il çalışmağa imkan tapmışdım. Bu yaxınlarda isə 19 yaşlılardan ibarət komandanı çalışdırmaq təklifi aldım və işə başladım”.
 
Qasımov ruslarla söhbətində futbolumuzun, çempionatımızın hazırkı durumunun arzuolunan səviyyədə olmamasından da şikayətlənib: “Təəssüf ki, bizim çempionat elə də güclü deyil. Federasiya hazırda futbolun inkişafı üçün çalışır. Uşaq futboluna böyük diqqət ayrılmaqdadı. Axı bizim gələcəyimiz onlardı”.

Yığmamızın heyətində yer alan Peterburq futbolunun 4 oyunçusu ilə bağlı sualı baş məşqçi belə cavablayıb: “Federasiya hazırda seleksiya işlərinə də xüsusi diqqət yetirir. Bu təkcə Peterburq və Rusiya ərazisinə aid deyil. Biz yaxın ətrafda olan bütün ölkələrdə azərbaycanlı futbolçuların axtarışlarını davam etdiririk. Əgər həmin uşaqlar Azərbaycan yığmasında çıxış etmək istəyirlərsə, biz onları təlim-məşq toplanışlarına cəlb edirik. Kimlər ki, oyun keyfiyyətinə görə fərqlənir, saxlayırıq. Peterburq futbolunun yetirməsi olan bu 4 yeniyetmə də bizim bəyəndiklərimizdəndi”.
 
Hazırda iştirakçısı olduqları beynəlxalq turnirin səviyyəsi və təşkilatçılığı haqda da danışan Qasımov bunları dilə gətirib: “Bu turnir mənə çox yaxşı tanışdı, çünki vaxtilə özüm də bu yarışın iştirakçılarından olmuşam. Düzdü, bunun nə vaxt olduğunu xatırlamıram. Çünki çox vaxt keçib. Şübhəsiz ki, çox faydalı turnirdi. Həqiqi sözümdü ki, indi yeniyetmələr üçün belə normal turnirlər tapmaq çox çətindi. Qranatkin turnirinin təşkilatçılığı mənim çox xoşuma gəldi. Bizim üçün bu, Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Təəssüf ki, bu turnirə hazırlıq üçün elə də çox vaxtımız olmayıb. Vaxtımızın çox hissəsi seleksiya işlərinə getdiyindən, sadəcə 2 həftə hazırlıq keçə bildik. Ancaq istənilən halda Peterburqda layiqli mübarizə aparmağa çalışırıq”.
 
Azərbaycanlı futbolçuların ölkədən kənara çıxmaqda çətinlik çəkməsi, gedənlərin isə sabit oyun sərgiləyə bilməməsinə dair suala Vəli Qasımovun cavabı belə olub: “Bəli, təəssüf ki, bizdə ölkədən kənarda sabit oyun sərgiləyə bilən futbolçular yoxdu. Bu da daha çox futbolçuların inkişaf etməkdə, öz üzərlərində işləməkdə maraqlı olmamasından, klublarımızın avrokuboklarda iştiraka elə də ciddi yanaşmamasından irəli gəlir. Buna görə biz indi daha dözümlü futbolçuları Avropada axtarırıq”.
 
Sonda millimizin çalışdırıcısı məşqçi kimi hədəflərindən də danışıb: “Mən öz qarşıma həmişə ən yüksək hədəfləri qoymuşam. Oyunçu kimi necə idisə, məşqçi kimi də eyni şeyləri hədəfləyirəm. Oyunçu olanda ən yaxşı klubda forma geyməyi arzulardım. Təəssüf ki, həmin arzuma ürəyim istəyən şəkildə qovuşa bilmədim. Onda zədə öz sözünü dedi. İndi isə məşqçi kimi irəli getməyi düşünürəm. Doğru sözümdü ki, böyük məmnuniyyətlə Rusiya Premyer Liqasında işlərdim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.