5 yanvar 2011 15:58
`Beşiktaş`ın yola saldığı bir futbolçu özünə klub tapdı
Qış fasiləsində həyata keçirdiyi transferlərlə özündən söz etdirən `Beşiktaş`ın yollarını ayırmaq istədiyi futbolçulardan biri artıq özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi Tomas Zapotocnı Çexiyanın `Sparta` klubuna transfer olub.
Praqa klubunun rəsmi açıqlamasında, 30 yaşlı Zapotocnı ilə 3,5 illik müqavilə bağladıqları bildirilir. Çexiya millisində 4 dəfə oynayan Zapo `Beşiktaş`dan öncə `Bursaspor` və `Udinese`də də forma geymişdi.
