5 yanvar 2011 16:24
Starkov `Bakı`yla eyni vaxtda Latviya millisini də çalışdıracaq
`Bakı` futbol klubunun hazırkı baş məşqçisi Vinfrid Şeferin əvəzinə latviyalı mütəxəssis Aleksandr Starkovu gətirmək istədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Latviya mətbuatı da `Skonto`nun baş məşqçisinin ölkəmizə gələcəyini təsdiqləyib.
Həmkarlarımızın yazdığına görə, 2010-cu ildə Latviyanın ən yaxşı baş məşqçisi seçilən Starkov `Bakı`yla yanaşı, həm də ölkəsinin millisində çalışacaq. Hansı ki, yığma komandayla birgə fevralın 9-da Polşayla yoxlama görüşünə hazırlaşırlar. `Skonto`da isə Starkovu köməkçilərindən olan Yuri Şevlyakov əvəzləyəcək.
