5 yanvar 2011 16:37
`Galatasaray` yeni arenasının açılışına bilet satışı təşkil etmədi
Türkiyənin `Galatasaray` klubunun yeni stadionu olan `Türk Telekom Arena`nın açılışına bilet satışı təşkil olunmayacaq. Azerisport.az xəbər verir ki, İstanbul klubu yanvarın 15-də təşkil olunacaq açılış mərasiminə bilet satmayacaqlarını bəyan edib.
“Sarı-qırmızılı” klubdan verilən açıqlamada buna açılış mərasiminə dünyanın dörd bir yanından təşrif buyuracaq qonaqların çoxluğu səbəb göstərilir. Bu səbəbdən də tədbirə sadəcə `Türk Telekom Arena`nın abunə kart sahibləri və dəvətli bilet sahibləri təşrif buyuracaqlar.
