5 yanvar 2011 17:04
Bəxtiyar Soltanov `Bakı`nı tərk etməyəcək
`Bakı`nın və millimizin hücumçusu Bəxtiyar Soltanov komandanın sıralarını tərk etməyəcək. Bu haqda azerisport.az-a paytaxt klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib:
“Əgər futbolçu oynamırsa, ondan nə gözləmək olar ki, deməli getməlidi. Bəxtiyar Soltanova gəlincə, bizim onu Elvin Məmmədovla dəyişəcəyimiz haqda xəbərlər şayiədi. O, komandamızda qalacaq”.
