5 yanvar 2011 17:39
“Rednik `Rapid` və `Styaua`nın futbolçularının xidmətində maraqlıdı”
Buxarest `Dinamo`sunun hücumçusu Marius Nikulae özünün Azərbaycan futbol klubu `Xəzər Lənkəran`a mümkün keçidi haqda gəzən xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Lənkəran təmsilçisinə keçəcəyi haqda xəbərləri belə cavablayıb:
“Özümü Azərbaycanda görmürəm. Ona görə ki, `Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik əsasən `Rapid` və `Styaua`nın futbolçularının xidmətində maraqlıdı”.
