5 yanvar 2011 19:44
Elnur Abdullayev `Xəzər Lənkəran`da!
`Xəzər Lənkəran` qış fasiləsində ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu `Muğan`ın orta sahə oyunçusu Elnur Abdullayevin keçidini demək olar ki, həll edib.
Yaxın günlərdə yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq və ictimaiyyətə də məlumat veriləcək. Müqavilənin maliyyə tərəfləri haqda isə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, Abdullayev karyerası ərzində `Neftçi` və `Bakı`nın da şərəfini qoruyub. `Xəzər Lənkəran` isə onun karyerasında 4-cü klub olacaq.
